QAN YADDAŞI


Pakistanın Lahor Universitetində Xocalı soyqırımı ilə bağlı seminar keçirilib

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Pakistanın Lahor Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tələbələrin, ekspertlərin və QHT nümayəndələrinin qatıldığı seminar Pakistanın Gənclərə Dəstək Şəbəkəsi (GDŞ) və Lahor Universitetinin birgə təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi ilə baş tutub.

GDŞ-nin Tədqiqatlar və İctimai Əlaqələr üzrə nümayəndəsi Momnah Əsəd Xocalı faciəsi və 2009-cu ildən etibarən aparılan “Xocalıya ədalət!” kampaniyası haqqında geniş təqdimatla çıxış edib.

Lahor Universitetinin Sosial elmlər fakültəsinin dosenti Təhminə Aslan bildirib ki, bəşəri təhdidlərlə mübarizə aparmaq və dünyada ədaləti, sülhü bərqərar etmək üçün təcavüzlərə və hərbi cinayətlərə qarşı ciddi mübarizə aparılmalıdır.

Azərbaycan diasporunun Lahordakı nümayəndəsi və Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təmsilçilik hüququ verilən Şəhla İsayeva Pakistanın Xocalı soyqırımını dövlət səviyyəsində tanıyan ölkə olduğunu xatırladıb.

Beynəlxalq Kəşmir Lobbi Qrupunun nümayəndəsi Zaman Bacva çıxışında bildirib ki, Xocalı faciəsi bəşəriyyətin yaddaşında daim qalacaq.

İƏGF-ARM-nin İdarə Heyətinin üzvü və GDŞ-nin rəhbəri Fsahat Ul Hassan seminara yekun vuraraq beynəlxalq təşkilatların, müvafiq QHT-lərin bu faciəyə biganə qalmamalarını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən istər hüquqi, istərsə də mənəvi müstəvidə tanınmasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.