İQTİSADİYYAT


Pakistanın Lahor şəhərində Ələt Azad İqtisadi Zonasının potensialı barədə təqdimat olub

İslamabad, 27 noyabr, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Lahor Ticarət və Sənaye Palatasının (LCCI) prezidenti və palatanın İdarə Heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Palatanın prezidenti Mian Nauman Kabir Xəzər Fərhadova ziyarətə görə təşəkkürünü bildirib, Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib. Mian Nauman Kabir LCCI-nin strukturu və fəaliyyəti barədə məlumatlar verib və Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün Palatanın hər cür köməkliyə hazır olduğunu deyib.

Xəzər Fərhadov Azərbaycan–Pakistan əlaqələrindən söhbət açıb. Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən bəhs edərək iqtisadi əlaqələrin önəmini xüsusi vurğulayıb. O, iqtisadi əlaqələrin artırılması ilə bağlı son aylar ərzində səfirlik tərəfindən görülmüş işlər barədə danışıb.

Daha sonra Azərbaycanda investisiya imkanları, idxal-ixrac məhsulları və Ələt Azad İqtisadi Zonası ilə bağlı Lahor Ticarət və Sənaye Palatasının nümayəndələri üçün təqdimat keçirilib.

Görüş zamanı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.