QAN YADDAŞI


Pakistanın “National Herald Tribune” qəzetində Xocalı soyqırımı barədə məqalə dərc edilib

İslamabad, 19 fevral, АZƏRTAC 

Pakistanın “National Herald Tribune” qəzetində və qəzetin elektron portalında “Xocalı soyqırımı üçün ədalət” sərlövhəli məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cümlədən 106 qadının, 70 qocanın və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi, Xocalı soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilir.

Yazıda Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Vurğulanır ki, faciədən sonra dünyanın nüfuzlu nəşrlərində soyqırımı haqqında məqalələr dərc edilib. Ermənilər istəsələr də, bu qanlı hadisəni heç cür təkzib edə bilməzlər.

Müəllif yazıda soyqırımı ilə əlaqədar İslamabad Strateji Tədqiqatlar İnstitutunda keçiriləcək seminar və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da geniş məlumat verir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.