YUBİLEY TƏBRİKLƏRİ


Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin prezidenti
general-mayor Seyid Xalid Əmir Cəferi

Cənab Aslan Aslanov, 

Sizi hörmətli agentliyinizin əsasının qoyulmasının 100-cü ildönümü münasibətilə Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzi adından səmimi qəlbdən təbrik edirəm. Xəbər agentliyinizin qərəzsiz və obyektivliyi əks etdirən informasiyanın yayılması istiqamətindəki müsbət rolunu yüksək qiymətləndiririk. AZƏRTAC Azərbaycanda fəaliyyət göstərən ən etibarlı xəbər agentliklərindən biridir.

Fürsətdən istifadə edib qurumlarımız arasında qarşılıqlı anlaşma yolu ilə gələcək əməkdaşlığı davam etdirəcəyimizi bir daha təsdiqləyirik. Ümid edirik ki, Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birlikdə əməkdaşlıq edə bilərik. Agentliyinizin Pakistan və Azərbaycan dostluq münasibətlərinin inkişafı istiqamətindəki rolunu yüksək qiymətləndiririk.

Gələcək fəaliyyətinizdə sizə inkişaf və tərəqqi arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.