SİYASƏT


Pakistanın Rusiyadakı səfiri: Biz hər zaman azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləyəcəyik

Moskva, 28 sentyabr, AZƏRTAC

Azərbaycan xalqını, dövlətini böyük Qələbəyə aparan tarixin ildönümü münasibətilə təbrik edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Pakistanın Rusiyadakı səfiri Şövkət Əli Xan söyləyib.

Səfir qeyd edib ki, Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olub.

“Azərbaycan əraziləri işğal altında idi və bu ərazilərə qanunsuz nəzarət edilirdi. Pakistan hər zaman azərbaycanlı qardaşlarının haqq mübarizəsində onların yanında olub. Bizim bu mövqeyimiz beynəlxalq hüquqa və əxlaq normalarına söykənirdi. Biz hər zaman azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləyəcəyik, - deyə səfir vurğulayıb.

Diplomat əmin olduğunu bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması və gələcək inkişafı Qafqaz regionunda sülhə, sabitliyə və təhlükəsizliyin möhkəmlənməsinə təkan verəcək. “Pakistan xalqı azərbaycanlı bacı-qardaşlarının böyük Qələbəsinə çox sevinir”, - deyə Şövkət Əli Xan bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.