DÜNYA


Pakistanın hava məkanında uçuşlara qadağanın müddəti yenidən uzadılıb

Bakı, 7 mart, AZƏRTAC

Pakistanın hakimiyyət orqanları Hindistanla münaqişə səbəbindən öz hava məkanından istifadəyə qoyulan qadağanı martın 8-i yerli vaxtla səhər saat 8:00-dək uzadıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilən xəbərdarlıqda bildirilir.

Xatırladaq ki, fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu.

Hazırda sərhəddə gərginlik nisbətən azalsa da, iki ölkənin münasibətlərində yaranmış böhran tam aradan qalxmayıb. Onların arasında uzun müddətdən bəri mübahisə mövzusu olaraq qalan Kəşmir bölgəsində lokal atışmalar barədə məlumatlar yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.