DÜNYA


Pakistanın sabiq Baş naziri Nəvaz Şərif Londonda müalicə alacaq

İslamabad, 20 noyabr, АZƏRTAC

Pakistanda həbsdə olan və ölkədən çıxmasına qadağa qoyulan sabiq Baş nazir Nəvaz Şərifin ailəsinin xahişi ilə hökumət onun bir ay müddətinə müalicəyə getməsinə icazə verib və bu gün o, Londona yola düşüb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Londonda müalicə kursu keçdikdən sonra Nəvaz Şərif Amerika Birləşmiş Ştatlarına gedəcək və orada müalicəsini davam etdirəcək.

Nəvaz Şərifin adı ölkədən çıxmasına qadağa qoyulanların siyahısındadır və müalicədən qayıtdıqdan sonra o, həbsxanaya gedib cəzasını çəkməlidir.

Xatırladırıq ki, ötən il dekabrın 24-də İslamabadda keçirilən məhkəmə dinləmələri zamanı çirkli pulların yuyulması və korrupsiya ilə bağlı “Al-Azizia” polad kombinatı və “Flagship Investment” investisiya kompaniyalarında yol verilən cinayət işlərinə baxılıb. Məhkəmə sabiq Baş nazirə 7 il həbs cəzası kəsib.

Nəvaz Şərif üç dəfə - 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə Pakistanın Baş naziri vəzifəsində çalışıb. O, 2017-ci ilin iyul ayında ölkənin Ali məhkəməsi tərəfindən vəzifədən kənarlaşdırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.