SİYASƏT


Pakistanla Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub

İslamabad, 17 noyabr, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ş.Mahmud əvvəlcə səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb. Xarici işlər katibi Azərbaycan və Pakistan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, Azərbaycan hökumətini və xalqını Azərbaycanın Zəfər Günü münasibətilə təbrik edib. O, Pakistanın Ermənistanı dövlət kimi tanımadığını diqqətə çatdıraraq, bu ölkənin qardaş Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirdiyini bildirib. Soheyl Mahmud Kəşmir məsələsində mövqeyinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb.

X. Fərhadov öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkürünü ifadə edib, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən söhbət açıb. Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edən səfir Pakistan hökumətinə və xalqına öz təşəkkürünü bildirib.

Görüşdə səfir, həmçinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində son aylar ərzində atılan addımlar müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.