SİYASƏT


Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

İslamabad, 22 aprel, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkə Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir Əli Əlizadə xalqlarımız və dövlət başçılarımız arasında mövcud olan sıx münasibətlərin, davamlı görüşlərin ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib. Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində parlamentlərin önəmli rolunu qeyd edən səfir Vətən müharibəsində Pakistan Senatının sərgilədiyi prinsipial mövqeyə, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan qətnamələrin qəbuluna, davamlı dəstəyə görə Senatın sədrinə və üzvlərinə təşəkkürlərini çatdırıb.

Məhəmməd Sadiq Sancrani Azərbaycan Milli Məclisinin sədrinə salamlarını göndərib və onu Pakistana dəvət edib. Senatın sədri Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, Pakistanın Azərbaycanla siyasi, iqtisadi və parlamentlərarası əlaqələrinın artmasına maraq göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı haqlı Qələbəsi münasibətilə xalqımızı və dövlətimizi təbrik edən Məhəmməd Sadiq Sancrani Pakistan Senatının ölkəmizə dəstəyinin davam edəcəyinə, parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin daha da artırılacağına, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafında parlamentlərin qarşılıqlı səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin iki ölkə parlamentlərinin dostluq qrupları arasında birgə layihələrin və görüşlərin keçirilməsinin daha da artırılması, regional və beynəlxalq təşkilatlarda tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.