DÜNYA
Pakistanla Hindistan arasında qatarların hərəkəti dayandırılıb
Bakı, 8 avqust, AZƏRTAC
Pakistanın Lahor və Hindistanın Dehli şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Pakistan Dəmir Yolları naziri Şeyx Raşid Əhməd keçirdiyi mətbuat konfransında qatarların fəaliyyətinin Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalara uyğun olaraq dayandırıldığını bildirib. Qatarların hərəkəti Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra bərpa ediləcək. Bu xətt üzrə hərəkət edən vaqonlar hələlik digər marşrutlara cəlb olunacaq.
Qeyd edək ki, fevral ayında iki ölkə arasında gərginlik artdıqdan sonra qatarların bu istiqamətdə hərəkəti dayandırılsa da, bir həftə sonra bərpa edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]