CƏMİYYƏT


Pakistanlı Zubair Lodhi: Biz şahidi olduq ki, skautinqin ideyaları Azərbaycan cəmiyyətinə çox yaxındır

Bakı, 17 avqust, AZƏRTAC

Bir ölkədə skautinqin inkişafı həmin ölkənin turizminin inkişafına təkan verir. Skautinq ölkənin turizm potensialının təbliğinə yönəlmiş bir sahədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində pakistanlı skaut Zubair Lodhi deyib.

Qonaq Azərbaycanda da skautinqin inkişafına diqqət yetirildiyini, onun ideyalarının cəmiyyətə çox yaxın olduğunu gördüklərini söyləyib. O deyib ki, Azərbaycanda gəzməli və görməli yerlər çoxdur. Bir sözlə, Azərbaycan skautların sevdiyi bir məkandır. Paytaxt Bakı da çox gözəldir. Biz artıq Bakının bir çox yerlərində olmuşuq. Bakı sanki Şərq ilə Qərbin vəhdətini təşkil edir. Müasir binalarla yanaşı, qədim arxitektura nümunələrinə də rast gəlmək mümkündür. Bu rəngarənglik göz oxşayır.

Azərbaycan və Pakistan arasında bütün sahələrdə olduğu kimi, skautinq sahəsində də sıx əməkdaşlığın olduğunu deyən Zubair Lodhi Bakıda keçirilən 41-ci konfransın uğurlu nəticələrinin olacağına əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.