DÜNYA


Pakistanlı bloger Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb

İslamabad, 30 dekabr, АZƏRTAC

Pakistanlı bloger Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bloger başına döşəkağı salaraq xəyalət obrazında parkda istirahət edən adamları qorxudarkən buradan keçən bir kişi onu güllə ilə vurub. Bloger yerindəcə keçinib.

Bildirilir ki, üç dost “YouTube”da kanal açaraq şəhərin müxtəlif yerlərində tanımadıqları adamları müxtəlif yollarla qorxudaraq bu kanalda yerləşdiriblər. Bir ay ərzində onlar 3 mindən çox abunəçi və 100 min baxış toplayıblar.

Polis Ran Zuxayrın iki dostunu təhrikçilikdə günahlandıraraq saxlayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.