REGİONLAR


Pakistanlı diplomat: Azərbaycanın azad olunmuş ərazilərdə həyatı bərpa etmək üçün göstərdiyi qətiyyət məni heyran etdi

Şuşa, 29 sentyabr, AZƏRTAC

İşğalçı Ermənistanın bu ərazilərdə nələr etdiyini eşidəndə çox sarsıldım. İbadət yerləri - məscidlər, kilsələr murdarlanıb, ərazilər minalanıb, müxtəlif ictimai yerlər tamamilə dağıdılıb. Bu ərazilər insanların yaşaması üçün çox təhlükəlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslamabad Strateji Araşdırmalar İnstitutunun sədri, pakistanlı diplomat Xalid Mahmud bildirib.

“İşğalçı qüvvələrin burada etdikləri beynəlxalq hüquqa, işğalçı dövlətə hər hansı əmlakı məhv etməyi qadağan edən qanunlara ziddir. Azərbaycan hökumətinin işğaldan azad olunmuş əraziləri “ağıllı şəhər” kimi yeni, müasir formada bərpa etməsini görmək məni sevindirdi. İndi Azərbaycanın bu ərazilərdə yeni həyatı bərpa etmək üçün göstərdiyi qətiyyət məni heyran etdi. Buraya qayıdacaq insanlara gözəl günlər arzulayıram”, - deyə pakistanlı diplomat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.