İQTİSADİYYAT


Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bunu qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan-Pakistan işgüzar görüşündə deyib.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilən görüşdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tekstil və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Yusif Abdullayev Pakistan və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edərək iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Pəncab vilayətinin Sənaye və Ticarət Palatasının prezidenti Ali Ansar Ghumman Azərbaycan-Pakistan münasibətlərinin uğurla inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, Pakistanın iqtisadiyyatına və biznes imkanlarına dair məlumat verib.

Sonra Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimat keçirilib.

Tədbir ikitərəfli görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.