DÜNYA


Pakistanlı məhbus ali məktəb imtahanlarında yüksək bal toplayaraq təqaüd qazanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Pakistanın Karaçi həbsxanasında ömürlük həbs cəzası çəkən pakistanlı məhbus Seyid Naim Şah keçən il şəhərin ali məktəb imtahanlarında ən yüksək ballardan birini toplayaraq təhsil almaq üçün təqaüd qazanıb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, 35 yaşlı Seyid Naim Şah keçən il Pakistanda özəl namizədlər arasında keçirilən ümumi ali məktəb imtahanlarında ən yüksək bal toplayaraq Pakistanın Mühasiblər İnstitutunda təhsil almaq imkanı əldə edib.

Seyid Naim Şah mətbuata açıqlamasında bildirib ki, həbsxanada keçirdiyi vaxt ərzində bu nailiyyəti əldə etmək onun üçün çətin olub. O, uşaqlıqda məktəbi sevdiyini, lakin ailəsinin onun təhsilini davam etdirməyə imkanı olmadığını söyləyib. Həbsxanada onunla birlikdə dərs alan məhbuslar ona imtahanlara hazırlaşmağa kömək ediblər.

Təxminən 5,700 dollar dəyərində olan təqaüd həbsxanada və ya azadlıqda olmasından asılı olmayaraq, imtahanlarda dörd ən yüksək bal toplayan tələbəyə verilir. Həbsxanada təqaüdlü təhsilini davam etdirməyin çətin olacağını bildirən Seyid Naim Şah Pakistanın Prezidentinə, Baş nazirinə və Sind əyalətinin icra başçısına əfv olunması üçün müraciət edib.

Qeyd edək ki, Seyid Naim Şah 2010-cu ildə fikir ayrılığı zəminində başqa bir adamı güllələyib öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.