ELM VƏ TƏHSİL


Pakistanlı rektor Şamaxıda şəhid ailəsini ziyarət edib

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olan Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektor Zubeyir İqbal və dekan Lodhi Sofia Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana olan böyük mənəvi dəstəyindən danışıb, iki ölkə arasında yüksək səviyyəli münasibətlərə toxunub.

Sonra qonaqlar Şamaxının qədim Dəmirçi kəndində olublar. Nümayəndə heyəti daha sonra Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı veriblər.

Səfər proqramı Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb.

Görüşdə elmi işlər üzrə prorektor professor Novruz Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova və universitetin əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.