DÜNYA


“Paksoy-I” gəmisinin girov götürülən heyət üzvləri Türkiyəyə gətiriliblər

İstanbul, 11 avqust, AZƏRTAC

Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisinə silahlı hücum zamanı girov götürülən 10 türk dənizçisi Türkiyəyə gətirilib. Onların vəziyyətləri qənaətbəxşdir.

AZƏRTAC xəbər verir ki, İstanbulun hava limanında dənizçiləri ailələri qarşılayıb.

Media nümayəndələrinə hadisə barədə məlumat verən dənizçilər meşənin içində daxmada saxlanıldıqlarını, yaşayış şərtlərinin çox pis olmasına və psixoloji sarsıntı keçirmələrinə baxmayaraq, fiziki cəhətdən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər.

Xatırladaq ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisinə silahlı hücum nəticəsində 18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.