İQTİSADİYYAT


Palata: Keçən il başa çatdırılmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilib

Bakı, 10 aprel, AZƏRTAC

Maliyyə inzibatçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsiredici meyillərin müəyyən olunması məqsədilə ötən il başa çatdırılmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər palata tərəfindən normativ-hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təşnifləşdirilir. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilib. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. 2017-ci ildə auditlərin sayı hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.