ELM VƏ TƏHSİL


“Palçıq vulkanlarının torpaq və yeraltı suyun keyfiyyətinə təsiri” layihəsinin təqdimatı olub

Bakı, 8 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı Almaniyanın Karlsrue Texnologiya Universiteti ilə birgə “Palçıq vulkanlarının torpaq və yeraltı suyun keyfiyyətinə təsiri” layihəsi hazırlayıblar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Neft-Qaz İnstitutunun geoekologiyası şöbəsinin struktur bölmə rəhbəri Fəxrəddin Kərimov layihənin həyata keçirilməsi üçün pilotsuz uçan aparatlardan istifadə edildiyini diqqətə çatdırıb. O, layihə üzərində azərbaycanlı mütəxəssislərlə yanaşı, həm də alman tədqiqatçılarının çalışdığını qeyd edib.

Almaniyanın Karlsrue Texnologiya Universitetinin eksperti Lena Merz müasir dövrdə ekoloji çirklənmənin qarşısının alınması üsulları barədə danışıb. L.Merz bildirib ki, Abşeron yarımadasındakı bir sıra palçıq vulkanlarının daha ətraflı öyrənilməsi üçün geoloji və geokimyəvi tədqiqatlar aparılır, vulkanların təbiətə, torpağa təsiri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.