ELM VƏ TƏHSİL


Paleontoloqlar Yeni Zelandiyada nəsli kəsilmiş yarasanın sümüyünü tapıblar

Bakı, 13 yanvar, AZƏRTAC

Paleontoloqlar Yeni Zelandiyada qazıntılar zamanı təxminən 16 milyon il əvvəl nəsli kəsilmiş yarasaların sümüklərini aşkarlayıblar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tapıntıların təsviri Böyük Britaniyanın “Scientific Reports” elmi jurnalında dərc olunub.

Yeni növ qədim Roma od allahı Vulkanın və avstraliyalı tədqiqatçı Cennifer Uorsinin şərəfinə “Vulcanops jennyworthyae” adını alıb. Qazıntı zamanı tapılan yarasaların bədəninin ölçüsü indiki yarasalarla müqayisədə üç dəfə böyük olub. Lakin bu, onların yeganə xüsusiyyəti deyil. Bu canlılar uçmaqla yanaşı, həm də yerdə sürünə bilib.

Alimlərin sözlərinə görə, əvvəllər Yeni Zelandiya adalarında çoxlu növdə yarasa yaşayıb, lakin iqlimin dəyişməsi nəticəsində hazırda onlardan yalnız ikisi qalıb: “Mystacina tuberculate” və “Mystacina robusta”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.