MƏDƏNİYYƏT
Palermoda görkəmli memar Zaha Hadid haqqında sənədli film nümayiş olunub
Roma, 25 aprel, AZƏRTAC
Palermonun “Branciforte” sarayında görkəmli memar Zaha Hadidin həyatına həsr edilmiş sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmdə memarın əsrarəngiz layihələrindən danışılıb.
Qeyd edək ki, onun layihəsi əsasında Azərbaycanda inşa edilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incisi kimi tanınır və ilk gündən müasir Bakının memarlıq simvoluna çevrilib. Mərkəzin binası 2012-ci ildə ABŞ-ın “Business Insider” jurnalı tərəfindən on ən cəlbedici yeni tikili kimi dəyərləndirilib. “Architectural Digest” tərəfindən tərtib edilən dünyanın ən gözəl memarlıq abidələri siyahısında isə Heydər Əliyev Mərkəzinin binası ilk beşlikdə yer alıb. Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizaynı 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Layihənin memarı Zaha Hadid bu müsabiqədə birincilik qazanan ilk qadın olub və nüfuzlu “Pritzker” Memarlıq Mükafatının laureatıdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma