REGİONLAR


Pambıq əkiləcək sahələrdə dondurma şumu çıxarılır

Ucar, 24 yanvar, AZƏRTAC 

Ucar rayonunda bu il pambıq əkiləcək sahələr müəyyənləşdirilib və hazırda bu ərazilərdə dondurma şumu çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Hazırda sahələrdə 4 şum traktoru işləyir və artıq 200 hektarda dondurma şumu çıxarılıb.

Qeyd edək ki, rayonda əsas pambıqçılıq təsərrüfatları olan Xələc, Bərgüşad və Təzə Şilyan ərazi dairələrində bu mühüm tədbir davam etdirilir.

Hazırda dondurma şumu aparılan sahələr arat edilir. Mütəxəssislər aratı gələcək yüksək məhsul üçün vacib olan aqrotexniki tədbirlərdən biri kimi dəyərləndirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.