İQTİSADİYYAT
Pambıq lifi və ipliyinin ixracı artıb
Bakı, 17 iyun, AZƏRTAC
Cari ilin ilk 5 ayında Azərbaycandan 47 min 955 ton pambıq lifi və 5 min 57 min ton pambıq ipliyi ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilir ki, yanvar-may aylarında ixrac edilən pambıq lifinin dəyəri 68 milyon 672 min, pambıq ipliyinin dəyəri isə 12 milyon 270 min ABŞ dolları olub.
Ötən ilin eyni dövründə ölkədən 25 milyon 904 min dollarlıq 16 min 641 min ton pambıq lifi, 7 milyon 580 min dollarlıq 3 min 101 min ton pambıq ipliyi ixrac edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]