İQTİSADİYYAT


Pambıq lifi və ipliyinin ixracı artıb

Bakı, 4 dekabr, AZƏRTAC

Cari ilin on ayında 104,7 min ton pambıq lifi və 15,3 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 164 milyon dollar, pambıq ipliyinin dəyəri isə 45,5 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında 95,8 milyon dollarlıq 72,9 min ton pambıq lifi, 13,6 milyon dollarlıq 6637 ton pambıq ipliyi ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.