İQTİSADİYYAT


Pambıq lifi və ipliyinin ixracı azalıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında Azərbaycandan 58,1 min ton pambıq lifi və 5,5 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 77,6 milyon, pambıq ipliyinin dəyəri isə 11,3 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 86,2 milyon dollarlıq 61,1 min ton pambıq lifi, 20,1 milyon dollarlıq 8,3 min ton pambıq ipliyi ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.