İQTİSADİYYAT


Pambıq lifi və ipliyinin ixracı azalıb

Pambıq lifi və ipliyinin ixracı azalıb

Bakı, 25 mart, AZƏRTAC

Cari ilin ilk iki ayında 12,5 min ton pambıq lifi, 1961 ton pambıq ipliyi ixrac olunub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 23,2 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 5,7 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 51,6 milyon dollar olmaqla 23,5 min ton pambıq lifi, məbləği 9,3 milyon dollar olmaqla 2227 ton pambıq ipliyi ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.