DÜNYA


“Panasonic” firmasının təqdim etdiyi “ağıllı” soyuducu sahibi çağıranda onun yanına gəlir

Bakı, 4 sentyabr, AZƏRTAC

Yaponiyanın “Panasonic” şirkəti “ağıllı” soyuducu konseptini təqdim edib. İnsan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacaran bu yeni qurğu Berlində keçirilən IFA-2017 sərgisində nümayişi etdirilib.

AZƏRTAC “İzvestiya” saytına istinadla xəbər verir ki, mini-soyuducu içkilərin və qəlyanaltıların saxlanılması üçün nəzərdə tutulub. Bu qurğu daxili məlumat bazası sayəsində orada olan məhsulları təhlil edərək insana tövsiyə verə bilər.

Bundan başqa, soyuducu insan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacarır. Yeni qurğu məkanda səmtləşmə üçün dərinlik tənzimləyiciləri ilə və lazer sensorlarla təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri