DÜNYA


Pandemiya 2020-2021-ci illərdə Gürcüstan büdcəsinə 2,3 milyard dollar ziyan vurub

Tbilisi, 11 iyun, AZƏRTAC

Koronavirus pandemiyası Gürcüstan iqtisadiyyatına böyük ziyan vurub. 2020-2021-ci illərdə COVID-19 pandemiyası Gürcüstan büdcəsinə 7,2 milyard lariyə (2,3 milyard ABŞ dolları) başa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili parlamentdə “nazir saatı” formatında çıxışında deyib. O deyib ki, iqtisadiyyatın azalması büdcə gəlirlərinə ciddi mənfi təsir edib. Səhiyyə sektoruna yönələn xərclər əvvəlcə nəzərdə tutulduğundan 0,9 milyard lari artıb. Biznesin dəstəklənməsi proqramlarının həcmi 3 milyard lari, vətəndaşların sosial müdafiəsi tədbirlərinə 1,3 milyard lari yönəldilib.

Nazir qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər planlaşdırılır. May ayı üzrə iqtisadi artımın yekunlarının təhlili əsasında builki büdcəyə dəyişikliklər hazırlanacaq. Əsas məqsəd makroiqtisadi sabitlik və iqtisadiyyatın bərpasına yönələn mühüm addımların atılmasından ibarət olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.