DÜNYA
Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib
Lissabon, 18 may, AZƏRTAC
Portuqaliyanın Uşaq və Gəncləri Qoruma Milli Komissiyası COVID-19 pandemiyasının ölkədə uşaqların vəziyyətini pisləşdirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, komissiyanın məlumatına görə, “Uşaqlar təhlükədədir” telefon xəttinə bir il ərzində kiçik ailə üzvlərinə qarşı psixoloji, emosional və fiziki zorakılıq halları ilə bağlı 2702 əsaslı şikayət daxil olub.
Komissiyanın prezidenti Rosario Farmhausun sözlərinə görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantin rejimi yalnız zorakılıqdan deyil, həm də valideynlərin işsiz qalmasından, baxımsızlıqdan əziyyət çəkən uşaqlarda ciddi neqativ hallar yaradır. Təəssüf ki, pandemiyanın yaratdığı belə bir həssas vəziyyətlə böyüklər öz əsəblərini çox vaxt uşaqlarından çıxır.
Nİgar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]