ELM VƏ TƏHSİL


Pandemiya bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib

Pandemiya bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib

Bakı, 7 dekabr, AZƏRTAC

Pandemiya bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müasir dövrdə rəqəmsal bank məhsulları bazarının inkişafı” mövzusunda keçirilən elmi seminarda Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov bildirib.

Professor Ə.Ələkbərov bank sektorunun tamamilə rəqəmsallaşmasının, innovativ maliyyə xidmətlərinin təqdim olunmasının əhəmiyyətindən bəhs edib.

Sonra kafedranın professoru Elnur Sadıqov rəqəmsal bankçılıq, onun üstünlükləri, bankların müasir texnoloji maliyyə vasitələrinə əlçatanlığının artırılması və bazara yeni rəqəmsal məhsulların təqdim edilməsi istiqamətindəki fəaliyyətindən danışıb. E.Sadıqov bu sahədə mövcud olan problemləri və onun həlli yollarını da açıqlayıb.

Sonda suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.