DÜNYA


Pandemiya başlayandan Özbəkistanda koronavirusa ən yüksək yoluxma qeydə alınıb

Daşkənd, 28 iyul AZƏRTAC

Pandemiya başlayandan bəri Özbəkistanda koronavirusa ən yüksək yoluxma qeydə alınıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində 1399 nəfər xəstəxanalara müraciət edib. Onların 843-ü koronavirus, 556-sı pnevmaniya xəstəsidir.

Ötən sutka ərzində Özbəkistanda 8, ümumiyyətlə isə 853 xəstə dünyasını dəyişib.

Ötən ilin martından bu günədək ölkədə 126 min 627 nəfər koronavirusa yoluxub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.