Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti

Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti

Bakı, 21 iyul, AZƏRTAC

Müstəqil dövlətimizin intellektual və mənəvi potensialının formalaşması və inkişafı kimi əvəzedilməz funksiyaların yerinə yetirilməsində kitabxanalar mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri qlobal informasiya mühitində Azərbaycan kitabxanalarının mühüm elm, bilik, mənəviyyat xəzinəsi olduğunu göstərir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də dünya xalqlarının həmrəylik və əməkdaşlığında informativ missiyası inkaredilməz olan “Azərbaycan kitabxanalarının Azərbaycan xalqının milli sərvəti” dəyərini xüsusi qeyd edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də keçirilmiş videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə dövlətimizin başçısı yekun çıxışında qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın xüsusilə aktual olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bütün dünya COVID-19-a qarşı mübarizə apararkən, Ermənistan özünün təcavüzkar və terrorçu siyasətindən əl çəkməyərək, növbəti dəfə təxribatçı əməlləri ilə beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Bu günlərdə Azərbaycanın dövlət sərhədlərinin Tovuz rayonu istiqamətində erməni təcavüzkarları tərəfindən pozulması, təmas nöqtələrindəki gərginlik Azərbaycan ziyalılarını da narahat edir. AMEA Rəyasət Heyətinin iyulun 16-da keçirilən iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, döyüşlər başladığı andan Azərbaycan xalqı birmənalı olaraq, Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirib. AMEA rəhbəri vurğulayıb ki, alimlərimiz ölkədə baş verən ictimai-siyasi prosesləri daha yaxından izləməli, aktiv vətəndaş-ziyalı mövqeyi nümayiş etdirməli, Prezidentin ölkənin hərtərəfli inkişafına yönəlmiş siyasətinə elmi dəstək verməli, onun təbliği istiqamətində bütün səylərini birləşdirməlidirlər. Ölkə başçısı İlham Əliyevin göstəriş və sərəncamları, AMEA rəhbərliyinin bu istiqamətdə qəbul etdiyi qərarlar qlobal informasiya mühitində intellektual resursların əhəmiyyətli ənənəvi və virtual bazası qoruyucularından biri olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qarşısına da mühüm vəzifələr qoyur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Sevil Zülfüqarovanın “Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti” məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, hazırkı pandemiya dövründə dünya kitabxanaları, o cümlədən MEK də minimal məhdudiyyətlərin tətbiqindən tutmuş tam bağlanmaya qədər, hansı xidmətlərin və onların necə təklif olunacağının çətin seçimi ilə qarşılaşıb. Məlumdur ki, xidmətlərin məhdudlaşdırılması və ya kitabxanaların bağlanmasına dair hər hansı qərar bütün risklər qiymətləndirildikdən sonra qəbul edilməlidir. Dünyanın bir sıra ölkələrində - Əlcəzair, Braziliya, Macarıstan, Vircin adaları, Danimarka, Misir, Hindistan, İndoneziya, İran, Kolumbiya, Portuqaliya, Türkiyə, Moldova, Latviya, Litva və Ukraynada kitabxana sistemlərinin tamamilə bağlı olduğu məlumdur. Bununla yanaşı, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Fransa, Yunanıstan, İspaniya, İtaliya, Polşa, Estoniya, və Qrenlandiyada kitabxanalar bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməklə öz fəaliyyətini bərpa etməyə başlayıb. Bu barədə Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyası (International Federation of Library Associations and Institutions-IFLA (IFLA-www.ifla.org) öz rəsmi saytında geniş məlumat dərc edib. Müasir dövrümüzün qlobal informasiya mühitində kitabxanaların rolu həm Avropa Şurası, UNESCO, həm də IFLA-nın sənədlərində müxtəlif aspektlərdə şərh edilib. Mərkəzi Elmi Kitabxana Prezident İlham Əliyevin sərəncamları, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin müvafiq qərarlarına əsaslanaraq, məhdudiyyət qaydalarına riayət etməklə öz fəaliyyətini tənzimləməkdədir. Hazırda MEK-də sosial təcrid şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsinə dair, ümumiyyətlə, pandemiya və postpandemiya dövründə qurumun fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb və artıq həyata keçirilməkdədir. Bu gün MEK-də rəqəmsal formatda xidmətlər üçün kitabxananın əməkdaşlarına məsafədən işləmək imkanları yaradılır, dezinfeksiya (kitab və mətbuat fondlarında, iş otaqları, oxu və sərgi zallarında, texniki avadanlıqlarda və s. ) işləri aparılır, məhdud sayda əməkdaşlar işə cəlb olunur, gigiyena qaydalarına ciddi riayət edilir, alim və tədqiqatçılara onlayn rejimdə fasiləsiz informasiya təminatı həyata keçirilir (biblioqrafik icmallar, məqalə və yazıların surətləri və kitabların PDF formatları və s.), kitabxana resurslarından və ya xidmətlərindən istifadə imkanları barədə akademiyanın rəhbərliyi, elmi-tədqiqat institutlarının müvafiq qurumlarına məlumat verilməklə, razılaşdırılmış davamlı, qarşılıqlı informasiya mübadiləsi aparılır. MEK özünün bina və fondlarının, xidmət obyektlərinin hazırlığı əsasında təhlükəsiz işin tədricən bərpa olunması üçün də planlar hazırlamağa başlayıb. Bu məqsədlə pandemiya dövründə dünyanın ən iri dövlətlərinin əsas kitabxanalarının təcrübəsi öyrənilməkdədir. Məsələn, virusun səthlərdə yayılmasına dair mövcud olan qeyri-müəyyənliyin öhdəsindən gəlmək üçün ABŞ-da Muzey və Kitabxana Xidmətləri İnstitutu REALM (Reopening Archives, Libraries and Museums), IFLA, OCLC və Battele institutları kitabxana materiallarının etibarlı işlənməsini öyrənməyə davam edir. MEK UNESCO-nun Sənədli İrs və COVID-19 pandemiyası haqqında Bəyannaməsini imzalayan IFLA-nın kitabxanaların potensial imkanlarının nizamlanması fəaliyyətini izləyir və dəstəkləyir. Yuxarıda göstərilənlərə əsasən MEK geri qaytarılacaq sənədlərlə, kitablarla işləmək üçün karantin təyin edib, vəziyyət sabitləşməyincə oxucuların kitabları qaytarmamasına dair elan da verib. Gözləmə müddətini təmin edən təlimatlar hazırlamaqla, ən azı pandemiyadan sonra geri qaytarılacaq və ya dövriyyədə olacaq materiallar üçün xüsusi prosedurların işənilməsi də nəzərdə tutulur. Bu sahədə araşdırmalarımıza görə, məsələn, Misirdə kitabxanalarda dezinfeksiya işini asanlaşdırmaq üçün günəş şüasından istifadə olunur. Avstraliya Kitabxana və İnformasiya Birliyi və bir sıra digər təşkilatlar, plastik örtüklü materialları spirtli salfetlərlə təmizləməyi təklif edir ki, bu da materialın dövriyyədə qalmasına imkan verəcək. Alman Kitabxana Birliyi oxuculara çap məhsullarının səhifələrini açmaq üçün barmaqlarını islatmamalarını, bunun üçün bir az qələvi məhlulu həll olunmuş mayedən istifadə olunmasını məsləhət görür. Rusiya Milli Kitabxanası virusla mübarizə tədbirlərinin sənədə kimyəvi və fiziki zərər verə biləcəyini nəzərə alaraq, bu halda sənədləri qorumaq üçün dezinfeksiyaedici maddələrlə emal prosesini yalnız qablaşdırılmış qutularda aparmağı tövsiyə edir.

“MEK-də də bütün bu məsələlər elmi-metodiki, nəzəri-müqayisəli şəkildə öyrənilməklə yanaşı, fondlardan və xidmətlərdən məsafədən girişi genişləndirmək, alim və tədqiqatçılara məhsuldar informasiya mühiti yaratmaq üçün əlavə işlər aparılır. Elektron qaynaqlara olan marağın artması müşahidə edildiyi üçün kitabxananın saytının və kompüter sistemlərinin işlək olmasına, yenilənməsinə səy göstərilir. Elmi tədqiqat proseslərinin informasiya ehtiyacı öyrənilməklə, onlayn formatda oxucu konfransları, təqdimatlar təşkil edilir və virtual yubiley tədbirləri, sosial şəbəkələrdə elmi-informativ icmallar dərc edilir. Kitabxanada müasir dövrün elmi-informativ tələbləri nəzərə alınmaqla, struktur islahatları aparılır. Postpandemiya dövründə kitabxananın xidmət sahələri, oxu zalları sosial məsafənin təmin edilməsi şərti ilə yenidən qurulur və avadanlıqla təmin edilir. MEK-in elektron kataloqunun alim və tədqiqatçıların istifadəsinə verilməsi məsələsi günün ən ağrılı, həlli vacib olan məsələsi və zərurətidir. Əfsuslar olsun ki, indiyə kimi bu iş lazımınca öz həllini tapmayıb, oxucularımız beş milyondan artıq zəngin elmi ədəbiyyatı, qiymətli nadir mənbələri, kolleksiyaları və s. əhatə edən, kitabxananın elektron güzgüsü olan kataloqdan məhrum olublar. Əsas səbəb kitabxanada AKİS-in (Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemləri) tətbiqində baş vermiş ləngimələr və səhvlərdir. Əvvəlcə onu qeyd edək ki, bu gün dünyada kitabxana-informasiya sistemləri bazarında müxtəlif çeşidli yüksək səviyyədə işlənilən AKİS-lər təqdim edilir - “Liber”, “VTLS-Virtua”, “Aleph 500”, “Ruslan”, “İRBİS” və s. Qərb dövlətlərinin təqdim etdiyi AKİS-lər mükəmməl proqram təminatı, geniş imkanları ilə seçilsə də, onları əldə etmək əksər kitabxanaların büdcə imkanları xaricindədir. Elektron kommunikasiya vasitələri və yeni elektron texnologiya informasiya mübadiləsi üçün əlverişli zəmin yaradır. Hazırda bu sahədə ciddi proseslərə start verilib, avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri öyrənilərək elmi fondlarımıza müvafiq olan İRBİS proqramı mütəxəssislərimiz tərəfindən məsləhət görülüb. MEK üçün tətbiqi nəzərdə tutulan İRBİS-64 artıq təkmilləşdirilmiş dördüncü nəsil sistemdir. Məlumat bazalarının həcmi 4 GB, terminlər miqyası 255 bayta qədər artırılıb. MEK pandemiya dövrünün çətinliklərinə baxmayaraq, oxucularının etimadını doğrultmağa, beynəlxalq səviyyədə ən yüksək kitabxana-informasiya xidmətini təmin etməyə, Azərbaycan xalqının, eləcə də bəşəriyyətin intellektual sərvətinin tərkib hissələrindən biri olan zəngin fondlarını oxuculara daha yaxın, daha açıq formatda təqdim etməyə səy göstərməkdədir. Ümidvarıq və inanırıq ki, tezliklə bütün bəşəriyyət, Azərbaycan xalqı da pandemiya bəlasından qurtulacaq, sərhədlərimizdə sülh, əmin-amanlıq bərpa olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Mərkəzi Elmi Kitabxana informativ mühitdə AMEA-nın elmi potensialının, milli birlik, güclü vətəndaş mövqeyinin təbliğatçısı və informasiya təminatçısı kimi öz missiyasını davam etdirəcəkdir”,- deyə məqalədə qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub