CƏMİYYƏT


Pandemiya dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı onlayn seminar-müşavirələr keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə fevralın 4-dən 19-dək olan müddətdə “Aran, Cənub, Quba-Xaçmaz və Şəki-Zaqatala zonaları üzrə “COVID-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr keçirilib.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər.

Tədbirlərdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Rəhim Novruzov, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırıblar.

Seminar-müşavirələrdə Aran, Cənub, Quba-Xaçmaz və Şəki-Zaqatala zonaları üzrə ümumilikdə otuzdan çox rayonun gənclər və idman idarələrinin rəisləri və fəal gəncləri iştirak ediblər. Tədbirlərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verilib və təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.