DÜNYA


Pandemiya dövründə internetin pik trafikində artım 47 faizə çatıb

Bakı, 19 fevral, AZƏRTAC

2019-2020-ci illərdə COVID-19 pandemiyası dövründə internetin ümumi tutumu 35 faiz – 450 terabit/saniyədən 600 terabit/saniyəyədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat dünya telekommunikasiya bazarının tədqiqi ilə məşğul olan “TeleGeography” şirkətinin 2021-ci il üçün qlobal internet xəritəsində (Global Internet Map) təqdim edilib.

Qeyd olunan dövr ərzində internet tutumunun pik göstəricisi 300 terabit/saniyəyə çatıb. Son bir neçə ildə pik trafik ildə orta hesabla 30 faiz artıb. 2019-2020-ci illərdə pik trafikin artım göstəricisinin 28 faiz təşkil ediləcəyi proqnozlaşdırılsa da, pandemiya səbəbindən 47 faiz olub.

Pandemiya dövründə internet şəbəkəsinin tutumunda ən böyük artım Avropada müşahidə olunub. 2020-ci ildə internet trafikinin mübadiləsində ən çox yüklənmiş nöqtələr növbəti dəfə “DE-CIX FRA” (Frankfurt, Almaniya) və “AMS-IX” (Amsterdam, Niderland) olub. Bu ölkələrdə pik trafik təxminən 7 terabit/saniyə təşkil edib. Buna baxmayaraq 2020-ci ildə istifadəyə verilən yeni internet trafiki mübadiləsi nöqtələrinin sayı son 5 ildə ən az olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.