DÜNYA


Pandemiya dövründə qlobal fərdi kompüterlər bazarı 15 faiz artıb

Bakı, 13 oktyabr, AZƏRTAC

“International Data Corporation” (IDC) şirkəti ənənəvi fərdi kompüterlər (masaüstü, noutbuk və işçi stansiyalar) üçün qlobal bazarda kəskin artım qeydə alıb. Bu ilin üçüncü rübündə kompüterlərin tədarük həcmi 14,6 faiz artaraq 81,3 milyon təşkil edib.

AZƏRTAC xəbər verir ki, analitiklər bu vəziyyətin pandemiya ilə izah olunduğunu qeyd ediblər. Özünü təcridetmə, distant iş rejimi və distant təlim şəraitində istifadəçilərə əlavə cihazlar lazım olub.

23,7 faiz bazar payına malik “Lenovo” şirkəti qlobal fərdi kompüter bazarında ən böyük “oyunçu”dur. İllik hesablama üzrə bu şirkət tədarük həcmini 11,3 faiz artırıb. 23 faiz bazar payına sahib “HP” şirkəti ikinci yeri tutub, bu istehsalçı tədarük həcmini 11,2 faiz artırıb. 14,8 faiz bazar payına malik “Dell” şirkəti üçüncü olub, ancaq bir ildə şirkətin kompüterlərinin satış həcmi 0,8 faiz azalıb.

Analitiklər bildirirlər ki, ümumilikdə bu sahədə qeydə alınmış müsbət dinamikaya baxmayaraq, pandemiya şəraitində bəzi fərdi kompüterlər istehsalçıları müəyyən komponentlərin çatışmazlığı ilə bağlı çətinliklərlə üzləşiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.