DÜNYA


Pandemiya dünyanın aparıcı şirkətlərinin borcunu 1 trilyon dollar artıracaq

Bakı, 13 iyul, AZƏRTAC

2020-ci ildə dünyanın aparıcı kompaniyalarının borcu koronavirus pandemiyası səbəbindən daha 1 trilyon dollar artacaq.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Janus Henderson” analitik kompaniyasının tədqiqatında yer alıb.

Məlumata əsasən, dünyanın ən iri 900 kompaniyasının iş vəziyyətini əhatə edən qlobal korporativ borc 12 faiz artaraq demək olar ki, 9,3 trilyon dollara çatacaq. Hazırda borcların təxminən yarısı – 3,9 trilyon dolları ABŞ şirkətlərinin payına düşür. Bu göstərici üzrə reytinqdə amerikalıların ardınca Almaniya kompaniyaları gəlir – 762 milyard dollar. Təkcə “Volkswagen” konserninin borcu 192 milyard dollara çatıb.

Ötən il də bu göstərici üzrə 8 faizlik kəskin artım müşahidə edilmişdi. Lakin ekspertlərin sözlərinə görə, cari ildə bu sahədə vəziyyət çox mürəkkəbdir. Belə ki, koronavirus pandemiyası nəticəsində gəlirlər xeyli azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.