DÜNYA


Pandemiya ilə əlaqədar Macarıstanda insanların hərəkəti əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 55 faiz azalıb

Budapeşt, 20 noyabr, AZƏRTAC

“Telecom” və “Telenor” mobil operatorları Macarıstanın mobil telefon istifadəçilərinin hərəkəti barədə anonim məlumatları milli COVID-19 mobillik layihəsinə təqdim ediblər ki, pandemiya sahəsinin ekspertləri koronavirusun yayılmasına qarşı görülən tədbirlərin uğurunu qiymətləndirə bilsinlər.

AZƏRTAC xəbər verir ki, təqdim olunan məlumatlara görə, sosial təmaslarla bağlı ilk ümummilli məhdudiyyətlər zamanı macarlar pandemiya öncəsindən daha az hərəkət edirdilər. Mobil telefonlar tərəfindən qeydiyyata alınan vətəndaşların hərəkəti əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 55 faiz azalıb.

Kontaktlardakı məhdudiyyətlərin hazırkı ikinci mərhələsində hərəkət intensivliyində azalma müşahidə edilir. Buna baxmayaraq macarlar mart-aprel aylarında daha az hərəkət edirdilər.

Eyni zamanda, bütün şəhərlərdə uşaq bağçaları və məktəblər bağlıdır. Bundan əlavə, bir çox pərakəndə ticarətlə məşğul olan satıcılar mağazalarını bağlamağa məcbur olublar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.