Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir

Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir

Bakı, 3 aprel, AZƏRTAC 

Koronavirus (COVID-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda çətinlik çəkir. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf ediblər ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb. Ölkələr sərhədlərini bağlayıb, bir çox iri şirkətlər profillərini dəyişərək zəruri tibbi avadanlıqlar, texnika və ləvazimatlar istehsal edirlər ki, insan ölümlərinin qarşısını ala bilsinlər. Hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar bu məsələ ilə bağlı müxtəlif fikirlərə, baxış bucağına malikdirlər, hərə öz problemlərini ayrılıqda həll edir.

Otuz illik inkişaf proqnozu verən dünya iqtisadi institutları 1 ay sonra üçün qısamüddətli söz deməyə çətinlik çəkir. Maliyyə qurumları açıq bəyan edir ki, pandemiya nəticəsində yaşana biləcək böhran nəinki 2008-2009-cu illərin böhranından daha da ağır olacaq, hətta onun mənfi nəticələri İkinci Dünya müharibəsi ilə müqayisə oluna biləcək. Bu şəraitdə hər bir ölkə öz daxili resurslarına arxalanaraq vətəndaşlarını qorumağa çalışır, iqtisadiyyatın postpandemiya dövrü üçün dövlət dəstəyi proqramları ilə çıxış edir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb və təsirləri qiymətləndirmək məqsədilə dörd İşçi Qrup yaradılıb. Qısa müddət ərzində ölkədə makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə bağlı təkliflər hazırlanıb. Artıq bu təklifləri əhatə edən dövlət proqramlarının əsas istiqamətləri açıqlanıb.

Qısa müddət ərzində bu proqramın ortaya qoyulması təqdirəlayiqdir və indiki dövrdə onu həyata keçirilməsi böyük əzm tələb edir. Çünki söhbət milli iqtisadiyyatın illər ərzində inkişaf etmiş və formalaşmış sahələrinin məhv olmaması üçün böyük məbləğdə maliyyə tutumu olan dövlət dəstəyi proqramının gerçəkləşməsindən gedir. Dövlət tərəfindən qərarların vaxtında verilməsi nəticəsində böhran dərinləşməmiş bir çox sahələrin mümkün itkilərinin qarşısının alınması mümkün olacaq. Proqramda pandemiyanın təsir edə biləcəyi bütün sahələr əhatə olunub. Dəstək proqramlarının həcminə görə ön sıralardayıq.

Dövlət dəstək proqramlarının ümumi həcmi 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın ÜDM-nin 3 faizi deməkdir. Pandemiya ilə mübarizədə nə MDB məkanında, nə regionda iqtisadiyyatın həcminə görə bu həcmdə dəstək paketi hələ ki, yoxdur. Regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitin ÜDM-ə nisbətinə görə Azərbaycan liderdir. Məsələn, çoxsaylı insan tələfatına baxmayaraq İtaliya və İspaniyanın pandemiya ilə mübarizəyə ayırdığı maliyyə vəsaiti ÜDM-in 1 faizi deyil. MDB məkanı ölkələrinə nəzər salsaq, regionun iqtisadi baxımdan güclü dövləti hesab olunan Rusiyada bu göstərici 0,3 faiz, Türkiyədə 1,5 faiz, Belarusda 0,7 faiz, Ukraynada 0,9 faiz, Gürcüstan və Ermənistanda 2 faiz, Qırğızıstanda 1 faiz, Özbəkistanda 1,5 faiz təşkil edir. Şərqi Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 0,3-0,7 faiz arası dəyişir.

Azərbaycanda pandemiyanın kritik olmadığını nəzərə alaraq 2,5 milyard manatlıq yardım paketi beynəlxalq maliyyə qurumları tərəfindən xeyli qənaətbəxş hesab olunur. Hətta BMT-nin Baş katibi Antonio Quterreş COVID-19 pandemiyası ilə mübarizədə xalqa dövlət dəstəyinin vacibliyinə həsr etdiyi özünün son çıxışında xüsusi vurğulayıb ki, bəzi dövlətlər “simiclik” edərək işsiz qalan vətəndaşlara birdəfəlik pul ödəməsi həyata keçirməkdə tərəddüd edirlər. Təşkilatın “Yoxsulluqla mübarizə” proqramı bununla bağlı təhlillər aparır. İtaliya və İspaniyada işsizlik statistikası pandemiyaya qədər də ürəkaçan deyildi. Görünən budur ki, heç də bütün ölkələrdə dövlət vətəndaşına dəstək proqramlarında səxavətlilik göstərmək istəmir. Necə deyərlər, “hər kəs öz başının çarəsinə baxsın” prinsipi ilə çıxış edirlər. Ekspertlər bunu daha çox postpandemiya dövründə dövlətin maliyyə sıxıntısı çəkəcəyi ilə əlaqələndirirlər.

Postpandemiya proqramları

Hökumət antiböhran proqramı hazır edərkən, bir neçə məsələni diqqətdə saxlayıb. Birincisi, postpandemiya dövründə milli iqtisadiyyat sağlam və rəqabətqabiliyyətli olmalıdır. İkincisi fəaliyyətini şəffaf şəkildə quran, vergilərini vaxtında ödəyən, əmək müqaviləsi əsasında işçi işə cəlb edən sahibkarlıq subyektləri hər zaman dövlətin dəstəyinə arxalana bilər. Üçüncüsü isə, ölkənin çətin günündə ona dayaq olan, onun çağırışlarına qoşulan, yüksək sosial məsuliyyət hissinə malik, iş yerlərini saxlayan sahibkarlardan ibarət iqtisadiyyatın bərqərar olmasına çalışılacaq.

Dövlət dəstəyi məqsədilə 10 proqram hazırlanıb. Proqramlar 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. İlk növbədə şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcəklər. Tədbirlər karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumətin çağırışlara uyğun olaraq, iş yerlərini ixtisar etməyən və işçilərin əməkhaqlarını ödəyən sahibkarlara və müəssisələrə şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Dövlət proqramlarının mühüm komponentlərindən biri bank sektoru ilə bağlıdır. Bu sahə ilə bağlı 2 böyük maliyyə yükünə (1,5 milyard manat) malik sabitləşdirici proqram qəbul edilib. Yeri gəlmişkən, bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatın maliyyələşdirməsi istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı hökumətdə bir neçə müzakirələr aparılıb. Bundan başqa, vaxtı keçmiş kreditlər məsələsində də hökumət humanist mövqeyi ortaya qoyub. Bütün bunlar vətəndaşların rifah halının pisləşməməsi istiqamətində atılan əməli addımlardır. İndi isə pandemiya nəticəsində gəlirlərindən məhrum olmuş müəyyən qrup insanlar var ki, istehlak kreditlərinə meyl edir, əlavə borclanmaya şərait yaradırlar. Bütün bunlar bank sektorunun mövcud şəraitində yolverilməzdir. Əlavə borc yükünün yığılması gələcəkdə yalnız mənfi fəsadlar - ödəniş qabiliyyətsizliyi probleminə yol aça bilər.

Azərbaycan sahibkarları tarixi sınaq qarşısında

Proqram geniş əhatəlidir və ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri diqqət mərkəzindədir. Bu sahələrdə 300 mindən çox insan çalışır. Dövlət bu çətin gündə onlara dəstək göstərmək üçün əlindən gələni edir. Bildiyimiz kimi, Prezident İlham Əliyev sahibkarlara öz işçilərini ixtisar etməməklə bağlı çağırış edib. Hətta dünyanın bütün inkişaf etmiş ölkələrində iri şirkətlər öz bizneslərini qorumaq, xərcləri minimuma endirməkdən ötrü kütləvi şəkildə işçiləri ixtisar edirlər. Nəhəng miqrant axını dünyanı ağuşuna alıb. Belə bir şəraitdə Azərbaycan sahibkarlarının öz işçilərinə qarşı anlayışlı davranması əsas məsələlərdən biridir. Eyni zamanda, sahibkarlar dövlət başçısının digər humanist çağırışına da biganə qalmayaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna da əhəmiyyətli məbləğlərdə ianələr edir. Bu günə qədər toplanan 100 milyon manatdan çox vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Fakt odur ki, 44 mindən çox sahibkarlıq subyekti, hazırda fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Həm bu sahibkarlıq subyektlərində muzdla işləyən 304 min nəfərə, həm də 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkara dövlət öz dəstəyini göstərəcək.

Dövlət başçısının tapşırığına əsasən artıq müəyyən ödəmələrin yaxın günlərdə həyata keçirilməsi nəzərdə tutulur. Göründüyü kimi, hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Qarşıdakı dövrdə bu proqramlar dövlət qurumları və özəl sektorun nümayəndələri ilə birlikdə bir daha nəzərdən keçiriləcək. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib