Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Pandemiya ölkələrin qlobal bəlaya qarşı hansı dərəcədə hazır olması imkanlarını üzə çıxartdı

Qabaqlayıcı tədbirlər görülməsi nəticəsində Azərbaycan
bu bəlanın öhdəsindən layiqincə gələ bildi

Bakı, 27 aprel, AZƏRTAC

2020-ci ilin əvvəlində dünya pandemiya təhlükəsi ilə üz-üzə qalan zaman heç bir ölkənin vəziyyətdən necə çıxmaqla bağlı strategiyası yox idi və bu vəziyyət özlüyündə ölkələrin bu cür qlobal bəlaya qarşı hansı dərəcədə hazır olması imkanlarını üzə çıxartdı.

COVID-19 pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 2019-cu il dekabrın 31-də Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verdi.

Yanvarın 30-da ÜST-nin Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoydu, martın 11-də isə koronavirusu pandemiya elan etdi. Həmin vaxt 114 ölkədə koronavirusa 118 min hal qeydə alınmışdı, 4 291 nəfər bu xəstəlikdən həyatını itirmişdi.

Bu gün dünyada koronavirusa 510 milyondan çox yoluxma və bu səbəbdən 6,3 milyona yaxın ölüm faktı qeydə alınıb. Azərbaycanda ümumilikdə 792 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 9 min 707 nəfər həyatını itirib.

İki ildən artıq bir zamanda COVID-19 pandemiyasının yayılmasına qarşı ölkəmizdə tətbiq olunan məhdudiyyət tədbirlərinin təhlili göstərir ki, bu sahədə çevik reaksiya və vaxtında atılan operativ addımlar mühüm rol oynayıb. Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülməsi nəticəsində Azərbaycan bu bəlanın öhdəsindən layiqincə gələ bildi.

Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün 2020-ci il fevralın 27-də Nazirlər Kabineti yanında 24 saat fəaliyyət göstərən Operativ Qərargah yaradıldı. Həmin vaxtlar virusun yayılmasının geniş vüsət aldığı İranla, daha sonra isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Azərbaycan məktəbləri, sərhədləri bağlayan ilk ölkələrdən biri oldu. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırıldı. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi və Nazirlər Kabinetinin son qərarına əsasən bu rejim 2022-ci il iyulun 1-nə kimi uzadılıb.

Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu, tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı. Pandemiya ilə mübarizə işinin təşkilində peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı mümkün dərəcədə alındı.

Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyəti dəyərləndirən səhiyyə naziri Teymur Musayev onun nəzarət altında olduğunu bildirib. Bununla belə nazir xatırladıb ki, indi vəziyyət sabit olsa da, payıza qədər diqqətli olmaq lazımdır. Çünki pandemiya hələ də davam etdiyindən payızda havanın temperaturunun enməsi, respirator xəstəliklərin aktivləşməsi fonunda koronavirusun yeni ştamları yarana bilər. “Mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur”.

Ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən Prezident İlham Əliyev pandemiya ilə mübarizədə Azərbaycanın strategiyasını açıqlayıb. Dövlət başçısı bu strategiyanın təməl prinsipinin vətəndaş amilinə bağlı olduğu vurğulayaraq deyib: “İki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə”.

Vəziyyətin nəzarətdə saxlanılmasında əsas rolu səhiyyə siyasəti oynadı. Baxmayaraq ki, Azərbaycanda səhiyyənin vəziyyəti vaxtaşırı müzakirə və mübahisə mövzusu olur. Amma hər şey çətin anda və müqayisədə üzə çıxır. Azərbaycanın səhiyyə sistemi koronavirusla mübarizədə dünyanın əksər ölkələrindən daha yaxşı nümunə göstərdi. 2004-cü ildən başlayaraq ölkədə istifadəyə verilən 750-dən çox tibb müəssisəsi pandemiya ilə mübarizəyə səfərbər olundu. Regionlar da daxil olmaqla 13 yeni modul tipli xəstəxana istifadəyə verildi, bununla da çarpayı sayında əlavə ehtiyat fondu yaradıldı. Ölkəyə yeni laboratoriyalar gətirildi. Pandemiyaya qədər Azərbaycanda cəmi 8 laboratoriya var idisə sonradan onların sayı 40-ı keçdi. Tibbi maskaların, dezinfeksiya vasitələrinin və həkimlər üçün xüsusi geyimlərin, kombinezonların istehsalına başlandı.

Azərbaycanda yerli qurumların səfərbərliyi, çevikliyi sayəsində pandemiyanın daha ağır fəsadlarının qarşısının alınmasındakı nümunəvi intizam nümayişi artıq xeyli vaxtdır beynəlxalq miqyasda təqdir olunur. Azərbaycan qlobal səylərə dəstək göstərir, regional əməkdaşlıqdan əlavə, beynəlxalq həmrəyliyin əldə olunması ilə bağlı təşəbbüslərə töhfə verir.

Pandemiyanın ilk günlərindən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır. Bu əməkdaşlıq sayəsində təşkilatın mütəxəssisləri ölkəmizə gələrək Azərbaycandakı vəziyyətlə yerindəcə tanış olub və görülən işləri yüksək qiymətləndiriblər. Bir müddət sonra pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsindən istifadə olunmağa başlayıb.

Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup”ın Azərbaycanda apardığı təhlil-rəy sorğusuna görə vətəndaşlarımızın 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan bu göstəriciyə görə dünya miqyasında 4-cü yerdə qərarlaşıb.

Azərbaycan dünyanın ən ağır günlərində özünü məsuliyyətli ölkə kimi göstərdi, ortaya bəşəri iradə qoyaraq yardım yolunu seçdi, təmkinli və ləyaqətli davrandı. Pandemiya ilə əlaqədar indiyə qədər Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Onun 5 milyonu pandemiya ilə bağlı tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma yönəldilib.

Azərbaycan beynəlxalq təşəbbüsləri dəstəkləyib və bir çox hallarda həmin təşəbbüslərin müəllifi olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilib. Bu, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk Zirvə görüşü idi. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən Prezident İlham Əliyev bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü də Azərbaycanın təşəbbüsü ilə baş tutub. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Azərbaycan liderlik göstərərək bu məsuliyyətli məsələ ətrafında bütün dünyanı birləşdirib.

Hans Kluqe Prezident İlham Əliyevlə görüşündə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-nin rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirdi.

Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğuladı.

Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirdi, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd edib. O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Proses 2021-ci ilin yanvarın 18-də başlayıb və indiyədək ölkəmizdə 14 milyona yaxın vaksindən istifadə edilib. COVAX təşəbbüsünün üzvü olan Azərbaycana müxtəlif peyvəndlərin gətirilməsi təmin olunub.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə inkişaf etmiş ölkələri “peyvənd millətçiliyi”nə son qoymağa, bu məsələdə ədalətli olmağa çağırıb. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu məsələyə səssiz qalmayıb. 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsini bu mübarizənin parlaq səhifəsi kimi qiymətləndirmək olar.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevlə videoformatda görüşündə peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayıb və Azərbaycanın dövlət başçısının peyvəndlərin ədalətli şəkildə paylanılması üçün daha çox işlərin görülməli olması ilə bağlı fikri ilə razılaşdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanla əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Təşkilat Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında öz töhfəsini verməyə və Azərbaycanla yaxından əməkdaşlığa hazır olduğunu bəyan edib.

Dünya bir cəbhədə savaşanda biz iki cəbhədə döyüşdük. Biz “Dəmir yumruq” sayəsində 30 il işğal altında qalan torpaqlarımızı azad etdik və gözəgörünməz düşmənlə mübarizədə nümunəvi fəaliyyət mexanizmi ortaya qoyduq. Bu mexanizmin əsas amili isə Azərbaycan vətəndaşı və onun sağlamlığının qorunmasıdır.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO