DÜNYA
“Pandemiya sazişi”nə Almaniya da qoşulacaq

Berlin, 30 mart, AZƏRTAC
Almaniyanın federal kansleri Angela Merkel ölkəsinin "Pandemiya sazişi"nə qoşulacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 23 dövlət planetin gələcək mümkün epidemiyalara və səhiyyə sahəsində digər oxşar böhranlara keyfiyyətli hazırlığını təmin etmək məqsədi daşıyan razılılaşma layihəsi barədə razılığa gəliblər. Bu razılaşma, dövlətlər arasında vaksinlər və dərmanların ədalətli paylanması, testlərin keçirilməsi, məlumatların vaxtında mübadiləsi və tədqiqatların nəticələrinin təmin edilməsi üçün nəzərdə tutulub.
Artıq konvensiyaya qoşulmaq arzusunu ifadə edən dövlətlər arasında Almaniyanın da adı var.
Xatırladaq ki, belə bir razılaşma fikri ilk dəfə keçən il Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən irəli sürülüb. O, təşəbbüsünü G20 zirvəsində səsləndirmişdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin