DÜNYA


Pandemiya səbəbindən İranın turizm sektoru 3 milyard dollardan çox gəlirdən məhrum olub

Tehran, 20 fevral, AZƏRTAC

Cari ilin ötən dövrü ərzində İrana cəmi 450 min turist səfər edib ki, onların əksəriyyəti tibbi və ticarət məqsədilə gəliblər. COVID-19 pandemiyasına görə İranda turizm sənayesinin gəlirləri 94 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın turizm nazirinin müavini Vəli Teymuri deyib. O bildirib ki, İranın turizm sənayesində çalışan 1,5 milyon nəfər hazırda işsizdir. Turizm sektoru 140 trilyon rial (3,3 milyard dollar) həcmində zərərə düşüb və bunun bərpası çox ağır olacaq.

Nazir müavini nəzərə çatdırıb ki, pandemiyadan əvvəl İranın turizm sektorundan gəliri 11,7 milyard dollar təşkil edirdi. İndi isə İran bu gəlirdən məhrum olub. Sərhədlərin bağlanması və təyyarə uçuşlarının qeyri-müəyyən vaxta kimi təxirə salınması turizm sahəsinə ciddi zərbə vurur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.