Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Pandemiyada dövründə Azərbaycanda xarici ticarətin vəziyyəti və diversifikasiyası

Pandemiyada dövründə Azərbaycanda xarici ticarətin vəziyyəti və diversifikasiyası

Bakı, 4 mart, AZƏRTAC

Ötən ilin əvvəlindən etibarən COVID-19 pandemiyasının dünyanın bir çox ölkəsində sürətlə yayılması Azərbaycan hökuməti tərəfindən də çevik reaksiya ilə nəticələndi.

COVID-19-un Azərbaycanda ixrac əməliyyatlarına təsirini AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə pandemiyanın nəticələrinin öyrənilməsi, sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi, iqtisadiyyata dəyə biləcək mənfi təsirlərin minimuma endirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını xatırladıb. O bildirib ki, pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə qısa və ortamüddətli yol xəritəsi hazırlanıb. Yol xəritəsi üç istiqaməti əhatə edib:

- iqtisadi artıma və sahibkarlığa dəstək

- məşğulluq və sosial rifaha dəstək

- makroiqtisadi və maliyyə sabitliyi

Pandemiya nəticəsində iqtisadiyyatın müxtəlif sektorlarında yaranan problemlər xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. Pandemiya zamanı biznesə və iqtisadiyyata artan qeyri-müəyyən gözləntilər əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının daralmasına, potensial sifarişlərin azalmasına səbəb olub. Bunun da təsiri ilə xarici ticarət dövriyyəsi həcm və dəyər baxımında azalıb. Yaranmış vəziyyətə operativ reaksiya verən Azərbaycan hökuməti qeyri-neft ixracının azalmasının qarşısının alınması məqsədilə stimullaşdırıcı və dəstəkləyici qərarlar qəbul edib.

Qeyri-neft məhsullarının ixracına marağın artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən malların ixrac qeydi ilə satışı mexanizminin vergi məcəlləsinə daxil edilməsi - qeyri-neft məhsullarının “ixrac qeydi ilə satışı” zamanı ƏDV-yə sıfır dərəcə ilə cəlb olunması yeri istehsal məhsulunun qiymət üstünlüyünə malik olmasını şərtləndirəcək.

İdxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi - ixrac edilən məhsulların rəqabət qabiliyyətliyinin təmin edilməsi məqsədilə atılan addımdır. Sektorial təhlillərə əsasən, ixrac edilən bəzi mal və məhsulların ölkə daxili istehsalı müqayisəli üstünlüyə malik deyil. Həmin xammal və ara malların idxal edilərək, istehsalın tərkib hissəsinə cəlb edilməsi ixrac ediləcək məhsulun xarici bazarda qiymət üstünlüyünü artıracaq.

Sahibkarlar tərəfindən daxildə xüsusi gömrük prosedurundan istifadənin stimullaşdırılması istiqamətində tədbirlərin görülməsi - sözügedən stimullaşdırıcı tədbirlər nəticəsində xarici sifarişlərin sayının artımı dəstəklənəcəkdir. Belə ki, fiziki və ənənəvi xidmət ixracına malik olan ticarətin pandemiya dönəmində mənfi təsirlərdən qorunması iqtisadi aktivliyin də daralmasının qarşısını alacaq.

Xarici ticarətin mövcud vəziyyəti və şaxələndirilməsi

Azərbaycanın ixracyönümlü istehsal strategiyasına keçidini təmin edən islahatları qanunvericilik və icraat proseslərində izləmək mümkündür. Pre-pandemiya dövründə istehsalın artımı və xarici bazarlara çıxış imkanlarının artırılması istiqamətində təşviqedici və stimullaşdırıcı mexanizmlər həyata keçirilib. Xarici ticarətin şaxələndirilməsi həm idxalatçı və ixracatçı subyektlərin rifahı, həm də makroiqtisadi sabitliyin dayanıqlılığı üçün mühüm şərtdir. İxracın diversifikasiyası kimi idxalında şaxələndirilməsi əhəmiyyətli dərəcədə vacibdir. İdxal şaxələnmədiyi müddətdə müxtəlif sektorların dayanıqlı istehsal və xidmətlərinə mənfi təsir edir. İxracın diversifikasiyası kimi idxalın şaxələndirilməsi siyasəti də məhsul və coğrafi nöqteyi-nəzərdən vacibdir. İdxalın coğrafi və məhsul şaxələndirilməsi sözügedən ticarətin statistik artımına deyil, keyfiyyətinə hesablanıb. Habelə, idxalın şaxələndirilməsi ixracın da diversifikasiyasına təsir edir. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” bir sıra qərarları və “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalarının qarşısının alınması ilə bağlı Tədbirlər Planında” idxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi ixracın stimullaşdırılması və rəqabət qabiliyyətliyinin artırılması ilə əsaslandırılır. Daha rəqabətcil ixracın təmin edilməsi məqsədilə ucuz və keyfiyyətli xammal komponentlərinə ehtiyac duyulur. Statistika nöqteyi-nəzərdən 2020-ci ildə Azərbaycanın idxal mallarının çeşidliliyi 2015-ci ilə nəzərən 20,6 faiz artıb. İxracın əməliyyatları üzrə neft sektorunun payı 2709-2715 mal mövqelərindən ibarətdir. Xam neftin mütləq üstünlük təşkil etdiyi neft-qaz sektorunun da diversifikasiyasının aşağı olduğunu nəzərə alaraq, ixrac edilən malların çeşidliliyi 12,3 faiz artıb. Dünya ticarətində, habelə Azərbaycanın xarici ticarətində liberallaşdırma siyasətinin fəlsəfəsi yalnız istehlakçıların daha ucuz məhsullara çıxış imkanın artması ilə deyil, həmçinin makroiqtisadi dayanıqlığın təmin olunması üçün ixracatın həcm və dəyərinin artmasıdır. Azərbaycanda xarici ticarət iştirakçıları, məhsul və coğrafi baxımdan idxal diversifikasiyası ixrac şaxələndirilməsi ilə müqayisədə daha genişdir.

COVID-19 pandemiyası dövründə Azərbaycanın neft-qaz ixracı

Pandemiya Azərbaycanın ixracına mənfi yöndə təsir edib. Əmtəə strukturunu təhlil edən zaman diversifikasiyanın artırılması istiqamətində islahatların dərinləşməsinə ehtiyac formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələrdə şaxələndirmə siyasətinin önəmi daima qabarıq şəkildə qeyd olunub. Dövlət Statistika Komitəsinin statistikasına əsasən, 2020-ci ildə xam neft ixracından əldə edilən gəlirlər 36,8 faiz azalaraq 9,4 milyard ABŞ dolları, neft məhsullarından əldə edilən gəlirlər isə 36,2 faiz azalaraq 295,1 milyon dollar təşkil edib. Təbii qaz ixracına nəzər saldıqda da eyni mənzərə müşahidə edilir. 2019-cu ildə təbii qaz ixracından əldə edilən gəlirlər 2,4 milyard dollar təşkil etdiyi halda, pandemiya ilində bu rəqəm 7,4 faiz azalaraq 2,2 milyard dollar olub. Statistik indikatorların təhlili zamanı neft-qaz sektoru üzrə ixracda emal sənayesinin payının az olmasını müşahidə edirik. Emal sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatların əsas prinsipi institusional reformalardır. Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, SOCAR-ın korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması istiqamətində müvafiq fərman imzalanıb.

COVID-19 pandemiyası dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının diversifikasiyası

Pandemiya nəticəsində yaranan ixrac daralmalarının qarşısının alınması istiqamətində dövlətin ilkin addımları ixracın stimullaşdırılması və dəstəklənməsinə yönəlib. Sözügedən dəstəyin ixracın diversifikasiya olunması istiqamətində müsbət təsirləri olacaq. Belə ki, xarici bazarlara inteqrasiya istiqamətində sahibkarların xərc yükünün yüksək olması qiymət rəqabətində uduzmasına səbəb olur. Dövlət tərəfindən göstəriləcək dəstək mövcud ixracın səngiməsinin qarşısını almaqla bərabər, qeyri-ənənəvi əmtəələrin xarici bazara çıxışını asanlaşdıracaq. COVID-19 pandemiyası dönəmində ixrac portfelində yer alan mal və məhsul çeşidlərinin 2,5 faiz azalması xarici sifarişlərin azalması ilə əlaqədardır. 2017-2019-cu illər və 2020-ci ilin rüblük yekunlarına dair statistik göstəricilərə uyğun olaraq, qeyri-neft ixracı səbətinə daxil olan hərəkətverici 9 məhsulun qeyri-neft ixrac dəyərində dominantlığı mövcuddur. 2017-ci ildən etibarən ixrac səbətinin 0,2-0,3 faiz intervalında dəyişən qüvvətverici 9 mal və məhsulların tərkibində minimal dəyişikliklərin olması və sözügedən əmtəələrin ixracda payının 50 faiz civarında dəyişimi ixracda konsentrasiya faizinin yüksək olmasını sübut edir. Tarixi statistikaya əsasən, ixracda yüksək paya sahib az sayda əmtəələrin pandemiyanın təsirlərinə baxmayaraq, minimal dəyişikliyə məruz qalması müşahidə olundu. Tədqiqat çərçivəsində ixrac səbətinin minimum əmtəə payının ixracın tətikləyici qüvvəsi olması riskini daha da minimallaşdırmaq istiqamətində mikro və makro səviyyədə dəstəklərin göstərilməsi əsas çağırışdır.

İnnovativ həllərin tətbiqindən başlayaraq, azad ticarət müqavilələrinin bağlanmasına qədər tədbirlərin həyata keçirilməsi beynəlxalq təcrübədə tətbiq edilən nəticəverici tədbirlərdir. Habelə, biznes mühitinin liberallığı, ixracatçılar arasında rəqabətin təmin edilməsi postpandemiya dövründə ixracın diversifikasiyasına səbəb olacaq. Postpandemiya dönəmində kiçik və orta sahibkarlığın ixracda payının artırılması istiqamətində ucuz maliyyə resurslarına əlçatanlığı, ixracyönümlü kreditlərin verilməsi və müxtəlif dəstəkləyici (beynəlxalq keyfiyyətin tətbiqi, tədqiqat və inkişaf xərcləri) tədbirlərin göstərilməsi ixracın diversifikasiyasında məhsul çeşidliliyini artıracaq.

Pandemiya dönəmində ixrac məhdudiyyətlərinin ixraca yaratdığı ciddi problemlər, postpandemiya dönəmində azad ticarəti daha da təşviq edəcək. Beynəlxalq ticarətə açıqlıq istiqamətində Azərbaycanın güzəştverici və dəstəkləyici xarakterə malik ticarət və gömrük birliklərinə üzvlüyü əsas çağırışlardan biridir.

Nəticə etibarı ilə, ixracın diversifikasiyası iqtisadiyyatın şaxələnməsindən birbaşa asılıdır. İqtisadi inkişaf və artıma nail olmaq istiqamətində ixracın diversifikasiya siyasətinə yönəlmə xarici ticarətin liberallaşdırılması ilə əlaqəlidir. Çağdaş dönəmdə müqayisəli üstünlüyə malik əmtəələrin qiymət üstünlüyünə və keyfiyyət standartlarına malik olması mühüm şərt hesab edilir. Azərbaycanın müqayisəli üstünlüyə malik əmtəələrinin kəşf edilməsi istiqamətində biznes mühitinin innovativ həllərə meyl etməsi, bilik və ixtiraya dayanan modellərin kommersiya strukturları tərəfindən tətbiqi ixracın diversifikasiyasını daha da sürətləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır