DÜNYA


Pandemiyanın Gürcüstan iqtisadiyyatına vuracağı ziyanın 8,5 milyard lari olacağı gözlənilir

Tbilisi, 20 fevral, AZƏRTAC

Gürcüstan hökuməti növbəti 3-4 ildə xarici dövlət borcunun ödənilməsinə xüsusi diqqət ayırmalıdır. Bu məsələ dövlət proqramında da əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın maliyyə naziri vəzifəsinə namizəd İvane Maçavariani parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə xarici borcun ödənilməsinə və büdcə kəsirinin azaldılmasına başlanılmalıdır.

İ.Maçavariani deyib ki, cari ildə ölkə iqtisadiyyatında 4 faiz artım gözlənilir. 2020-ci ildə Gürcüstan 4 milyard lari itirib. 2020-2021-ci illərdə bu itkinin 8,5 milyard lariyə çatacağı nəzərdə tutulur. Cari ildə pandemiyanın sonu olacağı gözlənilir. Bununla belə, dünya iqtisadiyyatında və tərəfdaşlar ölkələrdə 3-4 il ərzində yüksək iqtisadi inkişaf gözlənilmir.

Bildirilib ki, pandemiyanın təsiri ilə Gürcüstanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizinə bərabər olacaq. Bununla yanaşı, büdcə kəsiri də artacaq.

“Ona görə də, hökumət xarici dövlət borcunun qaytarılmasına xüsusi diqqət yetirməli və ən azından pandemiyadan əvvəlki vəziyyətə qayıtmalıyıq”, – deyə İ.Maçavariani vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.