DÜNYA
Pandemiyanın ən ağır dövrünü yaşayan Pekinin karantin günlərindəki boş küçələri - fotoreportaj
Pekin, 29 noyabr, AZƏRTAC
Hazırda COVID-19 pandemiyasının ən ağır dövrünü yaşayan Çinin 22 milyon əhalisi olan paytaxtı Pekində virusa yoluxmalar səbəbindən sərt karantin rejimi tətbiq olunur.
Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanıb, gözəllik salonları fəaliyyətini dayandırıb. Orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanıb, kafe və restoranlarda yerində xidmətlər dayandırılıb, ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılıb. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana daxil olmaq, habelə ictimai nəqliyyatdan istifadə etmək mümkün deyil. Bu səbəbdən sakinlər demək olar ki, hər gün test verirlər. Pekində adamların kütləvi göründüyü yerlər isə səyyar test məntəqlərindəki növbələrdir.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Pekinin sakitlik hökm sürən küçələrindən fotoreportaj hazırlayıb.
Pekin