CƏMİYYƏT


Pansionatdan dörd televizor oğurlayan şəxs saxlanılıb

Bakı, 8 may, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından dörd televizorun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.