İDMAN


“Panthera” komandası Formula 1-dən imtina etməyəcək

Bakı, 17 sentyabr, AZƏRTAC 

Artıq Formula 1-də yarışmaq istəyən hər hansı bir yeni komanda 200 milyon dollar ödəməlidir. Razılıq sazişinə görə bu məbləğin mövcud 10 komanda arasında bölüşdürüləcəyi nəzərdə tutulub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qaydanın tətbiqi 2021-ci ildə çempionatda debüt etməyi planlaşdırdığını elan edən “Panthera” komandasının perspektivlərini xeyli çətinləşdirib. Buna baxmayaraq, “Panthera”nın qurucularından biri olan Bencamin Dyurend komandanın Formula 1-də iştirak etmək planlarından imtina etmədiyini, lakin çempionatda mümkün debütü 2022-ci ilə təxirə saldığını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.