MƏDƏNİYYƏT
Pantomima Teatrı “Xocalı - bu olub” tamaşasını təqdim edib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrında “Xocalı - bu olub” tamaşası 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırıb.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən ilin fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]