MƏDƏNİYYƏT


Pantomima Teatrı bu dəfə də ənənəyə sadiqdir

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 12-də “6+1 nömrəli palata”, yanvarın 13-də uşaqlar üçün “Fəlakət və İnsan”, “Dejavü” tamaşaları təqdim olunacaq. Eyni zamanda, sənət ocağının səhnəsində yanvarın 19-da “İt gəzdirən xanım”, yanvarın 26-27-də isə “Adagio” tamaşaları izləniləcək.

Tamaşalar bir qayda olaraq saat 18.00-da təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.