MƏDƏNİYYƏT


Pantomima Teatrı yeni mövsümü “İt gəzdirən xanım”la açacaq

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bundan başqa, sənət ocağında sentyabrın 16-da “Pantomima buketi”, sentyabrın 22-də “Vuvana” və 23-də isə “Dejevu” tamaşaları oynanılacaq.

Həmçinin, sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan “Fələkat və İnsan” tamaşaları izləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.