İDMAN


Paolo Dibala üç klubun maraq dairəsindədir

Bakı, 8 yanvar, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun hücumçusu Paolo Dibalaya üç klubdan təklif gəlib.

AZƏRTAC “Tuttosport” saytına istinadla xəbər verir ki, argentinalının xidmətindən İngiltərənin “Mançester Siti”, Fransanın “Paris Sen-Jermen” və Almaniyanın “Bavariya” klubları yararlanmaq istəyir.

Turin təmsilçisi P.Dibalanı yayda 100 milyon avroya satmağı planlaşdırır. İyirmi beş yaşlı hücumçu cari mövsüm A Seriyasında keçirdiyi 17 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.